Qarabağ dirçəliş fonduna çoxlu sayda ağac hədiyyə edilib

“Bal Layn” şirkəti növbəti addımı ilə sosial məsuliyyətə nə qədər önəm verdiyini göstərib. Allport.az saytı xəbər verir ki, bu ilin əvvəlindən aksiyaya başlayan şirkət müştərilərin doğum günlərində onların adından Qarabağ dirçəliş fonduna 1000 ağac bağışlamışdı.

Bu günlərdə isə şirkətin səhmdarı, iş adamı Bülent Karani 1000 ağac da əlavə olaraq ianə edib. Şirkət həmçinin bundan əlavə bayram və xüsusi günlərdə, həmçinin müştərilərinin doğum günlərində YAŞAT və Qarabağ dirçəliş fondlarına ianələrini davam etdirir.

Şirkət nümayəndələri bu addımın şəhid ailələri və qazilərə sonsuz ehtiramlarını göstərmək, həmçinin Qarabağın sağlam ekosisteminin qurulması və gələcək nəsillərə miras qoyulması məqsədilə atıldığını bildiriblər.

“Bal layn” şirkətinin ticarət markası ETOPAZ-dır.

Həmin kateqoriyadan