“Qarabağ”, “Murad”, “Omar” və “Sərhədçi” qələbə ilə başlayıblar

“Qarabağ”, “Murad”, “Omar” və “Sərhədçi” qələbə ilə başlayıblar

Çövkən milli atüstü oyunu üzrə Prezident kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda “A” qrupu üzrə “Ağstafa” ilə “Murad” üz-üzə gəliblər. Görüş adı 2-ci çəlilən komandasının böyük hesablı qələbəsi ilə başa çatıb (7:0).

Günün ikinci oyunu “B” qrupunda oynanılıb. “Qarabağ” 3:1 “Köhlən”i  məğlub edib. Həmin qrupun digər oyununda “Omar” 1:0 “Poladı üstələyib.

Günün son oyunu “A” qrupu yer alan “Buta Golden” və “Sərhədçi” çövkən komandaları arasında baş tutub. Oyunda “sərhədçilər” rəqibinin qapısından 6 cavabsız top keçiriblər.

Qeyd edək ki, dekabrın 13-14-də Prezident kubokunun qrup mərhələsində 2-ci turun görüşləri olacaq.

Həmin kateqoriyadan