Qaya Müzəffər “Zəfər” beynəlxalq idman mükafatına layiq görüldü

“Alov qüllələri” mehmanxanasının “Nizami Gəncəvi” zalında “ Sportsman” jurnalının təşkilatçılığı ilə “Zəfər-2021” beynəlxalq idman mükafatının XIV təqdimatı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə müxtəlif istiqamətlər üzrə ilin ən yaxşı idmançısı, klubu, məşqçisi, federasiyası təltif edildi.

Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının prezidenti Qaya Müzəffər İlıcaq da “İdmanın təbliğindəki xidmətlərinə görə” mükafatını alıdı.

Pandemiya şəraiti ilə əlaqədar ölkəmizə qonaq təşrif buyura bilmədiyinə görə, Fəxri fərmanı Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev qəbul etdi və göstərilən diqqətə görə öz minnətdarlığını bildirdi.

Həmin kateqoriyadan