Qazaxıstana 17 güləşçi yollanacaq

Martın 11-də Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri start gtürəcək.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışda 17 güləşçi ilə təmsil olunacaq.

Komandamız turnirə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında yollanıb. Millinin heyətində Hüseyn Savadov (55 kq), Tural Əhmədov, Rəhman Kərimov (ikisi də 60 kq), Məhəmməd Şükürzadə, Fərid Baxışlı (ikisi d 63 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (üçü də 67 kq), Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (üçü də 73 kq), Davud Məmmədov, Kənan Abdullazadə (ikisi də 77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev, Cocu Səmədov (ikisi də 87 kq), Məzaim Mərdanov (130 kq) yer alıblar.

Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan