- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Martın 13-dən Göygöl olimpiya idman kompleksində Azərbaycanın qərb bölgəsinin yeniyetmələrdən ibarət seçmə komandası ilə Qazaxıstanın eyni yaş qrupu üzrə komandası birgə təlim-məşq toplanışı keçir.
Allport.az xəbər verir ki, 2 həftəlik hazırlıq prosesində sərbəst güləş üzrə yeniyetmələr arasında dünya və Avropa mükafatçıları da iştirak edir.
Həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı yaxın günlərdə Bakı idman sarayında keçiriləcək U-20 və U-17 Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.