Qış parkında “Sağlam ailə” əyləncəli idman oyunları

Gənclər və idman nazirliyi 1 iyun – uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə “Sağlam ailə” əyləncəli idman oyunları təşkil edib. Allsport.az saytı xəbər verir ki, Bakının qış parkında gün ərzində tədbirdə əsasən ailələr mübarizə aparırlar.

Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları və viktorina (idman mövzusunda sual-cavab) formatında keçirilir.

Uzaq məsafəyə atış, topun baş üzərindən arxaya atılması, formula 1 yarışı, ip atma, maneaələr zolağı və kisə ilə tullanma yarışlarında qalib gələn ailələrə müvafiq diplom və hədiyyələr təqdim edilib, bütün iştirakçı uşaqlara isə müxtəlif hədiyyələr təqdim edilir.

Həmin kateqoriyadan