Qitə çempionatı yenidən Azərbaycanda

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.

Allsport.az xəbər verir ki, ölkəmiz Gürcüstanla birgə keçirdiyi Avro-2017-dən 9 il sonra yenidən bu hüquqa yiyələnib.

Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə milli gimnastika arenasında təşkil olunacaq. Serbiyanın çempionluğu ilə yekunlaşan həmin yarışda Azərbaycan Avropanın ən güclü 4 komandasından biri adına yiyələnib.

2026-cı ildə yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan 6-sı Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çex Respubliası və İsveçin Avro-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən ölkəmizdə keçirilməsi ilə bağlı bildirib ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq: “Gələcək nəsil azərbaycanlı oyunçuları da ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan voleybol fAvropa çempionatı yenidən Azərbaycandaederasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək”.

Həmin kateqoriyadan