- Baxış sayı: 18
- 28 İyul 2026 23:53
- Baxış sayı: 32
- İyul 28, 2026
- 0

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya birinciliyində 65 kq-da Orxan Həbibli hindistanlı Kunal Daqara 6:5 qalib gələrək, bürünc medal qazandı. Allsport.az saytı xəbər verir ki, o, tutaşmadan sonra yerli mətbuata sevincini bölüşdü:
“3-cü yer uğrunda görüşdə hindistanlı rəqibim çox təcrübəli idi. Ondan xallar alıb müdafiəyə çəkildim. Bu zaman o çox təzyiq göstərdi, amma toparlanıb sonadək dayana bildim. Medal qazandığım üçün sevinirəm.
Qızıl da ola bilərdi, alınmadı. Yarımfinalda parterdə çox gözlədim. Rəqib xal aldı, mən cəhd edəndə, artıq gec idi, vaxt çatmadı. Aylarla bu yarışa hazırlaşırdıq, çoxlu təlim-məşqlər keçmişdik. İnanıram ki, gələn sınağa qədər səhvləri düzəldib daha yüksək nəticə göstərəcəyəm”.