- Baxış sayı: 36
- 17 Mart 2025 15:25
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionu olan Arseniy Cioyev açıqlama verib.
Allsport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində qızıl medal qazanan güləşçi Heydər Əliyev adına beynəlxalq hava limanında bunları deyib:
“Bizi qarşıladığınız və dəstəklədiyiniz üçün təşəkkür edirəm. Qızıl medal qazandığım üçün çox şadam. Azərbaycan güləş federasiyasına, eləcə də gənclər və idman nazirliyinə təşəkkürümüzü bildiririk ki, bizə lazım olan bütün şərait yaradıldı. Yarışa yüksək səviyyədə hazırlaşdıq. Baş məşqçi Xetaq Qazyumovla böyük məşqçi Cəbrayıl Həsənova da xüsusi təşəkkürümü bildirirəm. Bütün bu dəstəyin fonunda komanda hesabında Avropa çempionu olduq. Bundan sonra Qubada təlim-məşq toplanışı keçib, böyüklərin Avropa çempionatına yollanacağıq”.