“Qızıl medalı əsgər yoldaşlarıma hədiyyə etmək istəyirdim”

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, turniri gümüş medalla başa vuran Əşrəf Aşırov komandanın çıxışını dəyərləndirib:

“Dünya çempionatına çox ciddi hazırlaşmışdıq. Bakıda və Vladiqafqazda təlim-məşq toplanışı keçdik. Hərbi xidmətdə olduğum üçün bu il ilk yarışıma çıxdım. Çempionluğu çox arzulayırdım. Qızıl medalı əsgər yoldaşlarıma hədiyyə etmək istəyirdim. Qismətim gümüş medal oldu. Bu yarışa hazırlaşmaqda bizə dəstək olan gənclər və idman nazirliyinə və Azərbaycan güləş federasiyasına, o cümlədən xidmətimi davam etdirdiyim MOİK-in rəhbərliyinə təşəkkürümü bildirirəm. Millinin məşqçilərinə və şəxsi məşqçim Nazim Əlicanova da minnətdaram”.

Həmin kateqoriyadan