- Baxış sayı: 40
- 18 Aprel 2024 14:08
- Baxış sayı: 44
- Aprel 20, 2024
- 0
8 noyabr Azərbaycan xalqı üçün özəl gündür. Allsport.az saytı xəbər verir ki, ali baş komandan İlham Əliyev ordumuzun Şuşa şəhərini işğaldan azad etdiyini elan edib. Həmin gün Moskvada yarışda sərbəst güləş yığmamız 1 qızıl, 2 gümüş və 2 medal qazanıb. Böyük məşqçisi Zəlimxan Hüseynov AGF-in rəsmi saytına verdiyi açıqlamasında bu medalları Azərbaycan xalqına həsr etdiklərini bildirib və bu münasibətlə xalqımızı təbrik edib.
Qran-pridə baş mükafat qazanan Şamil Zubairov da təəssüratlarını bölüşüb: “Bu yarışda ilk dəfə 97 kq-da mübarizə apardım. Olimpiya çəkisində uğur qazandığım üçün çox sevinirəm. Azərbaycan xalqı bu günü həm də bayram kimi qeyd edir. Hamı Şuşanın işğaldan azad olunmasına çox sevinir. Fürsətdən istifadə edib, mən də təbriklərə qoşuluram və qazandığım bu medalı Azərbaycana və Azərbaycan xalqına həsr edirəm”.