“Qızıl qran-pri” iştirakçıları ulu öndərin abidəsini ziyarət ediblər

Güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Allsport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Dünya Güləş Birliyi nümayəndələri, AGF rəsmiləri, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gəlinlər.

Onlar müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra nümayəndə heyəti abidə önündə xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan