“Qızıl Qran-pri”nin iştirakçıları ümummilli liderin abidəsini ziyarət ediblər

Güləş üzrə Bakıda keçirilən “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 24-də Azərbaycan xalqının ümummilli liderin abidəsini ziyarət ediblər.

Allsport.az saytı xəbər verir ki, Dünya Güləş Birliyinin nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Turnir iştirakçıları abidə önündə xatirə şəkilləri çəkdiriblər. Noyabrın 26-dək keçiriləcək beynəlxalq turnirin final mərhələsində 50-dən çox ölkədən 700-ə yaxın pəhləvan mübarizə aparır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir Beynəlxalq Güləş Federasiyasının təqvim planında ən mühüm yarışlardan biridir.

Həmin kateqoriyadan