Qızlarımız Niderlanda yenik yollandı. Ləhislər hər 2 oyunda güclü oldu

Niderlandda keçiriləcək Avropa olimpiya təsnifat turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət millimiz təlim-məşq toplanışını başa vurub.

Allsport.az xəbər verir ki, dekabrın 25-i Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb. Komandamız burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşaya millisi qalib gəlib.

Komandamız Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.

Komandamız bu gün Niderlanda yollanacaq.

Apeldornda baş tutacaq Tokio-2020 yay olimpiya oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.

Həmin kateqoriyadan