- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 86
- May 11, 2026
- 0

Beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev, Çex Respublikasında U-17 qızlar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Allsport.az saytı xəbər verir ki, 16-24 iyulda keçiriləcək yarışda meydan sahibələri ilə yanaşı, Bolqarıstan, Xorvatiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya seçmələri mübarizə aparacaqlar.