- Baxış sayı: 74
- 24 İyun 2026 22:19
- Baxış sayı: 121
- İyun 25, 2026
- 0

Türkiyənin Qocaeli şəhərində Yaşar Doğu, Vəhbi Əmrə və Həmid Qaplanın xatirə turniri davam edir.
Allsport.az xəbər verir ki, ötən gün sərbəst güləş üzrə yarışa start verilib.
Əli Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.