- Baxış sayı: 82
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 82
- Sentyabr 24, 2026
- 0

Türkiyənin Qocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Həmid Qaplanın xatirə turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə millinin üzvü Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
Bununla da Memorialda qazanılan medalların sayı 8-ə çatıb. Öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.
Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.