Qrup hərəkətləri komandamız dünya kubokunda 3-cü olub

Bədii gimnastika üzrə milli İspaniyanın Quadalaxara şəhərində dünya kubokunda çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman, Aliyə Paşayevadan ibarət qrup hərəkətləri yığmamız final mərhələsində 3 top və 2 iplə çıxışda bürünc medal qazanıb. 17 komanda arasında gedən mübarizədə qızlarımız hakimlər tərəfindən 17.350 xal alıblar.

Dünya kuboku ilə yanaşı, Fransanın Korbeyl-Esson şəhərində beynəlxalq yarışda ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan təmsil ediblər. Ən yaxşı nəticəni adı 2-ci çəkilən idmançımız göstərib. O, gürzlər və lentlə 4-cü olub.

Həmin kateqoriyadan