Qrup komandamız dünya kubokunda 1-ci olub

Bədii gimnastika üzrə dünya çempionatı öncəsi Tatarıstan paytaxtı Qazanda “Çağırış” seriyası çərçivəsində sonuncu dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışıda ölkəmizi qrup proqramında Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümbətova təmsil ediblər.

2 ip və 3 topla hərəkətlərdə 20 ölkə arasından finala yüksələn komandamız həlledizi mərhələdə 7-ci yerdə (19,750 xal) qərarlaşıblar.

İl ərzində keçirilən bu mübarizənin yekun xallarına əsasən millimiz adı çəkilən proqramda qalib olub. Bədii gimnastika üzrə dünya çempionatı sentyabrın 11-16-da Bolqarıstan paytaxtı Sofiyada keçiriləcək.

Həmin kateqoriyadan