Qrup təqvimi bəllidir

Avropa çempionatında qadın voleybol millimizin yer aldığı “C” qrupuna ev sahibliyi Düsseldorf şəhəri edəcək. Allsport.az saytı xəbər verir ki, komandamız buraya hazırlıqların son mərhələsini keçdiyi Sloveniyadan yollanıb.

Ataman Güneyligilin rəhbərlik etdiyi komandanın rəqibləri Almaniya, Çex Respublikası, İsveç, Türkiyə və Yunanıstandır. “C” qrupunda mübarizəyə avqustun 17-də start veriləcək. Millimiz ilk görüşünə avqustun 18-də çıxacaq.

“C” qrupu

18 avqust

22:00. Azərbaycan – Çex Respublikası

19 avqust
22:00. Azərbaycan – Almaniya

20 avqust
22:00. Türkiyə – Azərbaycan

22 avqust
19:00. Azərbaycan – Yunanıstan

23 avqust
22:00. İsveç – Azərbaycan

Həmin kateqoriyadan