Qurban Qurbanov: Gənclərdə dünya çempionu ola bilməmişdim

Bolqarıstan paytaxtı Sofiyada U-20 dünya çempionatında yunan-Roma güləşçilərimiz 119 xalla komanda hesabında 2-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, bu yarışda fəxrü kürsünün zirvəsinə çıxan Qurban Qurbanov (72 kq) sevincini belə bölüşüb:

“Federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdaram. 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olmuşdum. Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim.

Allaha şükürlər olsun, zəhmətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.

Həmin kateqoriyadan