Rəna Əliyeva: Heyətimiz güclənəndən sonra, yenə rəqiblərə ciddi müqavimət göstərəcəyik

Yanvarın 30-da Bakı voleybol mərkəzində qadınların yüksək liqasının 2-ci dövrəsinin ilk turunda UNEC klubu “Abşeron”a 0:3 uduzub. Açığı, bu mövsüm “tələbələr”in oyunu alınmır. Düzdür, komanda keçən çempionatda da sonuncu yer tutdu, amma rəqiblərə layiqli müqavimət göstərə bilirdi. Maraqlıdır, bu dəfə niyə alınmır? Hücumçu Rəna Əliyeva allsport az saytına belə aydınlıq gətirib:

“Bu mövsüm nəsə zəif oynayırıq. Topun qəbulu yaxşı alınmır. Zədəlilərimiz də çoxdur. Üstəlik, fasilə dövründə klubun 2 aparıcı üzvü – Ülkər və Yuliya Kərimovalar komandanı tərk etdi. Adını ilk çəkdiyim həmkarım “Abşeron”a keçdi, digəri karyerasını başa vurdu. Heyətimiz güclənəcək. Belədə, yenə rəqiblərə ciddi müqavimət göstərəcəyik”.

Həmin kateqoriyadan