“Bunu çox arzulayırdım”

“Ən çətin görüş final qarşılaşması oldu. Şükürlər olsun, qələbə qazandım. Allsport.az xəbər verir ki, bunu I MDB oyunlarının qalibi, güləşçi Həsrət Həsrətov deyib. O, daha sonra davam edib:

“Rəqib kəllə atırdı. Mən isə qaydalar çərçivəsində güləşimi nümayiş etdirdim. İkinci fəndimi 4 xalla da qiymətləndirmək olardı. Ancaq hakimlər 2 xal verdi. Bundan əvvəl gənclər arasında dünya çempionu olmuşdum.

Buradakı rəqiblərim məni tanıyırdılar və məndən çəkinirdilər. MDB oyunlarının açılış mərasimində çempion kimi bayrağı daşıyacağım üçün çox sevinirəm. Bunu çox arzulayırdım”.

Həmin kateqoriyadan