Rəqiblərimiz dəqiqləşdi

Qadın voleybol millimiz Qızıl Avropa liqasında rəqibləri dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, “A” qrupunda İspaniya, Rumıniya və Fransa mübarizə aparacaq.

Reqlamentə görə 3 qrupda 4 komanda 2 dövrə oynayacaq. 6 turun nəticəsində qalibləri “daördlər finalı”na yüksələcək. Bu dövrələr 2021-ci il mayın 28-30-da və iyunun 4-6-da olacaq. Həlledici mərhələ isə iyunun 18-20-də Bolqarıstanda baş tutacaq.

Əgər ev sahibi 1-ci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq. Finalçılar gələn il keçiriləcək FİVB Çağırış kubokundan iştirak hüququna yiyələnəcək. Qrupumuzun oyunları Rumıniya və Fransada olacaq.

Həmin kateqoriyadan