- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
Allsport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev qızıl medala sahib olub.
Bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivana qalib gələn Məmmədəliyev finalda rusiyalı Ayub Hacəliyevi qızıl xalla məğlub edib. Rəşid karyerasında ilk dəfə Avropa çempionu olub.
İlk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala sahib olub.