Rəsul Çunayev birinciliyini qorudu, Rafiq Hüseynov ikinci oldu

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib.

Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev reytinqdəki birinciliyini də qoruyub. Digər qızıl medalçı Elvin Mürsəliyev bir pillə yüksələrək 4-cü olub. Gümüş medala sahib olan Rafiq Hüseynov reytinq sıralamasında 2-ci yerdə qərarlaşıb. Bürünc mükafatçı Elman Muxtarov isə 8 pillə irəliləyib və reytinqdə 5-ci sıraya yüksəlib. Ötən ayın reytinq siyahısında olmayan ağır çəkili pəhləvanlarımız Orxan Nuriyev və Sabah Şəriəti Avropa Oyunlarında qazandıqları nailiyyətlə ilk onluğa düşə bilib. Orxan Nuriyev 6-cı, Sabah Şəriəti isə, 9-cu sırada qərarlaşıb. Gənclərin Avropa çempionatının qalibi İslam Abbasov da reytinq siyahısında mövqeyini qoruya bilib.

59 kq
5. Elman Muxtarov – Avropa Oyunları 3-cü yer (13)
20. Taleh Məmmədov – Təxti Kuboku turniri 1-ci yer (18)

66 kq
7. Həsən Əliyev – Avropa Oyunları 3-cü yer (5)

71 kq
1. Rəsul Çunayev – Avropa Oyunları 1-ci yer (1)

75 kq
4. Elvin Mürsəliyev – Avropa Oyunları 1-ci yer (5)

80 kq
2. Rafiq Hüseynov – Avropa Oyunları 2-ci yer (1)

85 kq
6. İslam Abbasov – Gənclərin Avropa çempionatı 1-ci yer (6)
11. Saman Təhmasibi – DÇ 2-ci yer (2)

98 kq
6. Orxan Nuriyev – Avropa Oyunları 5-ci yer (nr)

130 kq
9. Sabah Şəriəti – Avropa Oyunları 2-ci yer (nr)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan