- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Rio-2016 olimpiya oyunlarının bürünc medalşısı, Tehran-2015 dünya kubokunun qalibi, dünya çempionatlarının qalib və mükafatçısı Rəsul Çunayev, Bolqarıstan paytaxtı Sofiyada keçirilən dünya olimpiya təsnifatında 67 kq-da 1/4 finalda Ukraynadan olan əslən azərbaycanlı, 22 yaşlı Pərviz Nəsibova 2:3 yenilərək, Tokio-2020-yə yollanmaq fürsətini qaçırdı.
Allsport.az saytı xəbər verir ki, 30 yaşlı titullu yunan-Roma güləşçimiz öz sosial hesabında yerləşdiyi yazıda, karyerasına davam etdiyini bəyan edib və bəzi idman məmurlarına tikanlı ismarıc yollayıb:
“Biz idmançılar baxmayaraq ki, uğurlarımıza mane olanlarla rastlaşırıq, həmişə dövlət başçısının və Azərbaycan xalqının etibarını doğruldacağıq. Söylədiyim fikir, 2021-ci il dünya çempionatı və 2024-cü il olimpiya oyunlarında öz təsdiqini tapacaq”.