«Rabitə» 9-cu çempionluğuna bir addım da yaxınlaşdı

Bu gün qadın voleybolçuların ölkə çempionatının Superliqasında növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, 20-ci tur çərçivəsində 8-qat ölkə çempionu «Rabitə» flaqman «Azəryol»un qonağı olub. Zoyan Qayiçin komandası «yolçəkənlər»ə macal verməyib – 3:0 (25:23, 25:13, 25:23).

17-ci  turdan qalmış bir görüşdə «Lokomotiv» klubu «Azərreyl»i üstələyib – 3:1 (20:25, 26:24, 25:10, 25:22). Bu matçlardan sonra yarış cədvəlində dəyişiklik olub. Ön səhifədə sıralama ilə tanış ola bilərsiniz.

Həmin kateqoriyadan