«Rabitə» Çempionlar Liqası ilə vidalaşdı

Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasının 5-ci turunda ölkə çempionu «Rabitə» Qazanda «Dinamo»nun qonağı olub. Allsport.az saytı xəbər verir ki, gərgin oyunda meydan sahibələri «mavi-yaşıllar»a imkan verməyib – 3:0 (25:21, 25:10, 25:14).

Bu məğlubiyyət Dejan Brdjoviçin komandasını pley-offa adlamaq şansını heçə endirib. Hesabında 6 xalı olan «Rabitə» son matçda lider «Ximik»ə 3:0 qalib gəlməlidir. Üstəlik, xalını 9-a yüksəldən «Dinamo» səfərdə autsayder «Agel»ə bu hesabla məğlub olmalıdır.

Amma bu da «mavi-yaşıllar»a kömək etməyəcək. Çünki «Rabitə» set fərqində də rəqibə uduzur.

Həmin kateqoriyadan