- Baxış sayı: 36
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 559
- Avqust 12, 2026
- 0
Bu gün Lüksemburqda qadın voleybolçuların CEV kubokunun «Çelenc raund»unda «Rabitə»nin rəqibi müəyənləşib.
Allsport.az saytı xəbər verir ki, uzun aradan sonra ilk dəfə Avropa Çempionlar Liqasında mərhələ adlaya bilməyən «mavi-yaşıllar», qrupda 3-cü yer tutmaqla qitənin 2-ci nüfuzlu yarışında mübarizə aparmaq hüququ qazanıb.
Qalib olmaq üçün 8-qat ölkə çempionu ilk öncə Fransanın «Beziers» klubunu mübarizədən kənarlaşdırmalıdır. İlk matç 3-5 martda, cavab oyunu bir həftə sonra keçiriləcək.