ÇL-2014/15
«Rabitə» evdə liderə uduzdu

Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turun oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, son 8 ilin dəyişmən çempionu «Rabitə» paytaxtda «A» qrupunun lideri «Ximik» klubunu qəbul edib.

Gərgin keçən mübarizədə «mavi-yaşıllar» Polşa təmsilçisinə ciddi müqavimət göstərsə də, sonda məğlubiyyətlə barışmalı olub – 2:3 (25:27, 25:18, 16:25, 25:16, 10:15).

«Rabitə»nin uduzmasına rəğmən, avrokubokda iştirakını davam etdirəcək. Azərbaycan çempionu CEV kubokunda çıxış etmək hüququ qazanıb.

Həmin kateqoriyadan