“Rabitə” “Lokomotiv”i məğlub etdi

Aprelin 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 19-cu turu çərçivəsində növbəti oyun keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Rabitə” komandası “Lokomotiv”lə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində “Lokomotiv” qələbə qazanıb. Lakin digər 3 setdə “Rabitə” üstün oyun nümayiş etdirərək rəqibini 3:1 (22:25, 25:19, 25:23, 26:24) hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan