“Rabitə” və “Azəryol” Çempionlar Liqasında

Avropa Voleybol Konfederasiyası qadın klubların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 2010-2013-cü illərdə böyük uğurlar qazananAzərbaycan bu dəfə mövqeyini qoruyub, 4-cü yerdə qərarlaşıb. Amma 1 il öncə hesabında 339,66 xalı olan ölkəmiz yüksək əmsalını qoruya bilməyib. İndi xalımız 310,33-dür.

Bu reytinqə əsasən qadın komandalarımız 2015/2016-cı illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququnu saxlayıb. “Çelenc cup”da 1 təmsilçimiz iştirak edə biləcək.

Lakin Azərbaycan və Fransa da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri “uayld card”la verəcək. Bu isə yarış ərəfəsində bəlli olacaq.

Həmin kateqoriyadan