Radik İsayev: Rio oyunlarından qalib ayrılmağım hələ də yuxu kimi gəlir

“Qızıl medal qazandırdığım üçün, özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rio-2016-da fəxri kürsünün ən yüksək pilləsinə çıxan taekvondoçu Radik İsayev (+80 kq) dedi. O bildirdi ki, qalib gəlməsinə hələ də inana bilmir:

“Olimpiya oyunları sıradan bir yarışma deyil. Burada çox gözlənilməz nəticələr qeydə alınır. Hələ də şokdayam, qızıl mrdal qazanmağım yuxu kimi gəlir, inana bilmirəm. Rio-2016-ya qaxşı hazırlaşmışdım. Açıldıqca, daha da irəlilədim və hiss etdim ki, sonda böyük uğura yetişə bilərəm”.

Həmin kateqoriyadan