YENİLƏNDİ
Rafiq Hüseynov qitə çempionu, Murad Bazarov və Ülvü Qənizadə 3-cü oldu

İtaliyada Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, 2-ci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün Murad təsəlliverici görüşdə iştirak edib. Təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada finlandiyalı rəqibini məğlub edib və bürünc medal qazanıb.

İslambəy Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.

Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.

Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. 

Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.

60 kq
Təsnifat: Murad Bazarov – Yakopo Sandron (İtaliya) 2:1
1/4 final: Murad Bazarov – Gevorq Qaribyan (Ermənistan) 0:8
Təsəlliverici görüş: Murad Bazarov – Avqustin Boyanov Spasov (Bolqarıstan) 9:0

67 kq
Təsnifat: İslambəy Dadov – Kristian İştvan Vança (Macarıstan) 7:8

72 kq
1/8 final: Ülvü Qənizadə – Stoyan Stoyçev Kubatov (Bolqarıstan) 6:1
1/4 final: Ülvü Qənizadə – Frank Ştebler (Almaniya) 0:8
Təsəlliverici görüş: Ülvü Qənizadə – Anatoli Popov (Moldova) 8:0
Bürünc medal görüşü: Ülvi Qənizadə – Adam Kurak (Rusiya) 3:1

82 kq
1/8 final: Rafiq Hüseynov – Tirone Sterkenburq (Niderland) 8:0
1/4 final: Rafiq Hüseynov – Boqdan Kurinnoy (İsveç) 3:2
1/2 final: Rafiq Hüseynov – Çiro Russo (İtaliya) 7:1
FİNAL: Rafiq Hüseynov – Daniel Tixomirov Aleksandrov (Bolqarıstan) 2:1

97 kq
Təsnifat: Orxan Nuriyev – Tadeuş Mixalik (Polşa) 0:9

Həmin kateqoriyadan