Ramazan Ağabəyov: “Sərhədçi” gənclərdən təşkil olduğu üçün, onları asanlıqla yendik

Dərnəgül voleybol mərkəzində kişilərin yüksək liqasında “Murov” autsayder “Sərhədçi”ni 3:0 məyus edib. Qalib komandanın mərkəz blokçusu Ramazan Ağabəyov allsport.az saytına açıqlamasında bunu söylətib:

“Rəqib gənc oyunçulardan təşkil olunub. Bu üzdən, onları asanlıqla yendik. Hazırda çempionat yenidən dayandı. Nə vaxt başlayacağı bilinmir. Bayram öncəsi olduğundan, yəqin ki, bir həftə istirahət edərik.

Sonrası Allah kərimdir. Onsuz da koronavirusa görə başqa ölkələrdə də oyunlar dayandırılıb. Bizdə çaxnaşma çoxdur. Bu isə yaxşı hal deyil. Allah özü hamıya kömək olsun”.

Həmin kateqoriyadan