Raqif Abbasov: Bizim məqsədimiz bu irsi bundan sonra da yaşatmaqdır

Bu gün Şüvəlan qəsəbəsində ağır atletika akademiyasında milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə açıq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsinin də təşkilatçı olduğu tədbirdə qurumun rəisi Raqif Abbasov bunu deyib:

“Biz Azərbaycan ağır atletika federasiyası və Azərbaycan televiziyası ilə birlikdə bu yarışa daima diqqət yetirir, vacibliyini vurğulayırıq. Fəxrəddin Şahbazov öz həyat və fəaliyyəti ilə gənc nəsillərə bir nümunə olub.

Bizim də məqsədimiz bu irsi bundan sonra da yaşatmaq və bu yarışlar vasitəsilə təbliğ etməkdir. Qəhrəmanımızı ailəsi də əmin olsun ki, biz gücümüz yetdikcə bu işi davam etdirəcək, Fəxrəddin Şahbazovun xatirəsini əziz tutacağıq”.

Həmin kateqoriyadan