- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“YAŞAT” fondu və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir. Allsport.az saytı xəbər verir ki, 3-cü günündə səhər idmanın ardından iştirakçılar üçün fərdi psixoloji konsultasiya təşkil olunub.
Sonra “INNOLAND” inkubasiya və akselerasiya mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi – “Spagetti körpüsünün qurulması” yarışı təşkil olunub.
Uşaqlar, həmçinin yunan-roma güləşi üzrə olimpiya mükafatçısı və dünya çempionu Rəsul Çunayevlə görüşüblər, xoş idman vaxtı keçiriblər.