Rauf Karuanaya, Şəhriyar Ananda qarşı

Bu gün Vüqar Həşimovun şahmat Memorialında 8-ci turun görüşləri keçirilir. Allsport.az xəbər verir ki, azərbaycanlı şahmatçılardan Rauf Məmmədov Fabiano Karuana ilə, Şəhriyar Məmmədyarov isə Vişvanatan Anandla qarşılaşacaq.

Digər görüşlərə gəlincə, Maykl Adams Aniş Giri, Vladimir Kramnik Maksim Vaşye-Laqrav, Uesli So isə lider Maqnus Karlsenlə münasibətlərinə aydınlıq gətirəcək

Turnir cədvəli: Maqnus Karlsen – 5,5, Vişvanatan Anand – 5,0, Fabiano Karuana, Uesli So – 4,0, Şəhriyar Məmmədyarov – 3,5, Maksim Vaşye-Laqrav, Aniş Viri, Rauf Məmmədov – 3,0, Vladimir Kramnik – 2,5, Maykl Adams – 2.

Həmin kateqoriyadan