- Baxış sayı: 34
- 29 İyun 2026 16:45
- Baxış sayı: 96
- İyun 26, 2026
- 0

Bu gün qadın voleybolçularlardan ibarət “Azərreyl” klubu evdə Çağırış kubokunun 1/32 finalın cavab görüşündə də Ukrayna “Balta”sına 3:0 qalib gəldi. Matçdan sonra komandamızın toppaylayıcısı Raziyə Əliyeva sevincini allsport.az saytı ilə bölüşdü:
“İlk oyunda rahat və gözlənilən qələbə oldu. Bu gün ilk setdə bir az çətinlik çəkdik. Çünki qızlar ilk qələbədən sonra arxayınlaşırlar. Allaha çox şükür, oyunun gedişində toparlandıq və hər 3 hissəni üstün tamamladıq.
Özümə gəlincə, 2-ci yarıda mübarizəyə qoşuldum. Bu, öncədən düşünülmüş idi. Baş məşqçi bildirmişdi ki, hazır olum, matçın gedişində oynayacağam. Mən də çalışdım ki, bacardığım qədər etimadı doğruldum”.