- Baxış sayı: 59
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 567
- Avqust 12, 2026
- 0

Eldar Zülfüqarov qitə voleybol konfederasiyasından yeni təyinat alıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz çempionlar liqasında qadınların “E” qrupunda 3 görüşdə tora nəzarət edəcək.
O, dekabrın 8-də “Dinamo” (Moskva) – “Lokomotiv” (hər ikisi – Rusiya), ertəsi gün Kalininqrad təmsilçisinin “Əczaçıbaşı” (Türkiyə) ilə oyununda əsas söz sahibi olacaq. Referi dekabrın 10-da “Lokomotiv” – “Allians” (Almaniya) görüşündə də 1-ci olacaq.
Yeni qaydalara əsasən çempionlar liqasında qrupunda hər dövrə bir şəhərdə keçiriləcək. “E”-nin ilk 3 turuna İstanbul ev sahibliyi edəcək.