Regional inkişaf mərkəzinin rəhbəri Sumqayıtda olub

Azərbaycan voleybol federasiyası regional inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova növbəti dəfə Sumqayıt şəhər 1 nömrəli məktəbi ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, CEV-in xətti ilə uşaqlar arasında voleybolun inkişaf layihəsi çərçivəsində baş tutan tədbirdə, federasiya rəsmisi Azərbaycan çempionatının 1-ci liqasında mübarizə aparan Sumqayıtın qızlar və oğlanlardan ibarət komandalarının üzvləri ilə daha yaxından tanış olub.

Görüş zamanı komandaların problemləri ilə bağlı müzakirələr aparılıb, qarşıda duran məsələlər haqqında danışılıb. Bunca toplantılar bölgələrimizdə və paytaxtımızda fəaliyyət göstərən klublarla da təşkil olunacaq.

Həmin kateqoriyadan