Regional voleybol klubları yaradıldı: “Sumqayıt” və “Şərqi Zəngəzur” yoldaşlıq oyunu keçirdi

AVF bölgələrdə bu idman növünün inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin voleybola cəlb olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Allsport.az saytı xəbər verir ki, bu işlər çərçivəsində bölgələrdə Regional voleybol klubları yaradılıb. Bu gün “Sumqayıt” RVK-nun komandası ilə “Şərqi Zəngəzur” RVK-nun komandası arasında yoldaşlıq oyunu keçirilib.

Sumqayıt olimpiya idman kompleksində təşkil olunan oyunda AVF-nin prezidenti Şahin Bağırov, Sumqayıt şəhər icra başçısının birinci müavini Teymur Səmədov, AVF-nin baş katibi Faiq Orucov, RVK-ların rəhbərləri, 2-qat araolimpiya çempionu İlham Zəkiyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

Bundan başqa, tədbirə Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Sumqayıt şəhər 1 saylı uşaq-gənclər şahmat idman məktəbinin direktoru Fuad Aslanov və digərləri qatılıblar.

Həmin kateqoriyadan