Rekord sayda iştirakçı

Rekord sayda iştirakçı

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.

Allsport.az xəbər verir ki, dünya güləş birliyinin (UVV) təsdiqlədiyi yekun iştirakçı siyahısına əsasən, milli gimnastika arenasında təşkil olunacaq mundialda 60 ölkədən 663 idmançı mübarizə aparacaq.

Yarışda, həmçinin 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək. Ümumilikdə dünya çempionatı ilə əlaqədar 1100-dən çox qonağın Azərbaycana gəlməsi gözlənilir.

Bu mundial iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq.

Bir həftə davam edəcək yarışda gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan