- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 204
- İyul 17, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U17 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.
Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. İbrahimli “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, milli qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.