Rio-2016-dan 2 həftə əvvəl dünyanın məşhur gimnastları Bakıda olacaq

22-24 iyulda bədii gimnastika üzrə dünya kubokunun finalı Azərbaycanın paytaxtında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı tamaşaçısı ilin əsas hadisəsi – Rio-2016-dan 2 həftə öncə dünyanın 20 ölkəsindən məşhur idmançıların çıxışlarını izləmək üçün gözəl imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 31 gimnast və 12 qrup hərəkətləri  komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu il  dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Həmin kateqoriyadan