Rizvan Rəsulov: 2017-ci il bizim üçün ağır keçdi

Azərbaycan kubokunun gedişində AAAF-nin baş katibi Rizvan Rəsulov jurnalistlərə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, yarışın keçirilməsində əsas məqsədin ağırlıqqaldıranların hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi və güclü idmançıların seçilməsi olduğunu bildirib:

“2018-ci ildə bizi Yeniyetmələrin yay olimpiya oyunları və ustalar arasında dünya çempionatı kimi vacib yarışlar gözləyir. Yeniyetmələrdə bir lisenziya da qazanmışıq. 2017-ci il bizim üçün ağır illərdən biri oldu.

Amma biz çalışdıq ki, idmançıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını tam təmin edək. Əlbəttə, uğurlarımız da çox oldu. Bakı-2017 İslam həmrəyliyi oyunlarında, yeniyetmələrin və gənclərin Avropa birinciliklərində yüksək nəticələr göstərə bildik”.

Həmin kateqoriyadan