Rövşən Hacıyevin komandası Avropa çempionatına yollanır

Serbiyanın Novi Sad şəhərində U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, martın 8-dən rəqabətə sərbəst güləşçilər də qoşulacaqlar.

Yarışda ölkəmizi böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) təmsil edəcəklər.

Hakimlər briqadasında 1-ci dərəcəli beynəlxalq hakim Elman İsmayılov yer alıb.

Həmin kateqoriyadan