- Baxış sayı: 38
- 04 Avqust 2026 13:23
- Baxış sayı: 53
- Avqust 04, 2026
- 0

Rusiyanın kişi və qadın voleybol yığmaları 2027-ci ildə keçiriləcək millətlər liqasında iştirak edəcəklər.
Allsport.az xəbər verir ki, beynəlxalq voleybol federasiyası Rusiya komandalarının beynəlxalq yarışlara qaytarılması ilə bağlı plan üzərində işi davam etdirir.
Qurum kişi və qadın yığmalarının daha əvvəl turnirə vəsiqə qazanmayan komandalar arasında ən yüksək reytinqə malik kollektiv kimi millətlər liqasına buraxılacağını təsdiqləyib.
Bununla əlaqədar 2027-ci ildə turnirin iştirakçı komandaların sayı istisna olaraq həm kişilərdə, həm də qadınlarda 18-dən 19-a çatdırılacaq.
Rusiya komandaları 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.