- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Sabah qadın həndbolçuların dünya çempionatının 2-ci pley-off mərhələsinin cavab oyununda Rusiya millisi Türkiyəni qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu matçın hakimləri həmyerlilərimiz, Emil və Ernest Ağakişi qardaşlarıdır.
İlk matç şimal qonşumuzun 35:23 üstünlüyü ilə bitib. Cütün qalibi final mərhələsinə adlayacaq. Maraqlıdır ki, Ağsarayda keçirilmiş ilk görüşün AHF nümayəndəsi də azərbaycanlı, İsgəndər Əsgərov olub.